Tədbirlər Xəbərlər
Şərh yoxdu

06 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Zəfər Günü – Milli Qürur, Şərəf və Azadlıq Tariximizin Zirvəsi” mövzusunda açıq dərs keçirilib.
Açıq dərs filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərovun təşkilatçılığı ilə baş tutub.
Dərsin əsas məqsədi tələbələrə Zəfər Gününün tarixi əhəmiyyətini aşılamaq, milli qürur və vətənpərvərlik hisslərini gücləndirmək, Azərbaycan xalqının şanlı qələbə tarixini dərindən dərk etmələrinə töhfə vermək olub.
Zəfər Günü xalqımızın milli birliyinin, qəhrəmanlığının, iradəsinin və azadlıq uğrunda mübarizəsinin təntənəsidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.