04.11.2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimi Abbas Abbasovun “Hissə-hissə inteqrallama düsturundan istifadə etmədən bəzi inteqralların qeyri-müəyyən əmsallar metodu ilə hesablanması” mövzusunda elmi-innovativ xarakterli məruzəsi dinlənilib.
Seminarda filialın rəhbər heyəti, kafedranın müəllimləri, qonaqlar və müvafiq ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
Məruzə zamanı qeyri-müəyyən əmsallar metodunun üstünlükləri və inteqralların hesablanması üçün rekurent düsturun çıxarılışı təqdim olunub. Seminar müzakirələrlə davam edib. RM2301B qrupunun tələbəsi İbrahimova Lalənin irəli sürdüyü səmərəli təklif iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.





