ADPU-nun Ağcabədi filialının müəllimi Nərmin Həsənova tərəfindən ixtisasartırma təlimi keçirilib
26–30 oktyabr 2026-cı il tarixlərində Ağcabədi şəhər Şirin Hüseynov adına 2 nömrəli tam orta məktəbdə “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda 5 günlük ixtisasartırma təlimi keçirilib.
Təlimin təlimçisi ADPU-nun Ağcabədi filialının müəllimi Həsənova İbayzadə Nərmin olub. Təlimdə məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri iştirak ediblər.
Təlim çərçivəsində sosial-emosional inkişaf, psixoloji qiymətləndirmə və diaqnostika, eləcə də psixodiaqnostik metodikaların tətbiqi ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.











