Tədbirlər Xəbərlər

27 oktyabr 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı, Si2401B qrup tələbələrinin və TSPX2301B qrup tələbəsi Novruzova Familənin təşəbbüsü ilə “Səni kim idarə edir? Sosial münasibətlərdə psixoloji təsirlər və insan davranışının sirləri” mövzusunda seminar keçirilib.

Seminarda insan psixologiyası, empatiya, motivasiya, manipulyasiya, narsistik davranış və liderlik mövzularına toxunulub. Tələbələrin hazırladığı videoçarx nümayiş etdirilib, debat oyunu təşkil olunaraq maraqlı müzakirələr aparılıb.

Seminarın təşkilində və təqdimatında fəallığı ilə seçilən Novruzova Familə təltif olunub.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.