Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında “Uşaq dünyasına peşəkar baxış: hüquqlar, müdafiə və sosial məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib


02 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Uşaq Hüquqları Aylığı çərçivəsində elmi-praktik dəyirmi masa təşkil olunub.


Tədbirin məqsədi uşaq hüquqlarının müdafiəsi, uşaqların müasir sosial problemləri və müdafiə mexanizmləri barədə məlumatlılığın artırılması olub.
Müzakirələr zamanı uşaq hüquqlarının hüquqi və sosial əsasları, ailə və sosial mühitin uşağın inkişafına təsiri, zorakılıq və laqeydliyin qarşısının alınması, eləcə də peşəkar müdaxilə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Çıxışlarda universitetlərin gələcək pedaqoqların, sosial işçilərin və digər mütəxəssislərin peşəkar dünyagörüşünün formalaşmasında mühüm rolu vurğulanıb.


Sonda qeyd olunub ki, uşaq hüquqlarının qorunması uşağı anlamaq, onun fikrinə hörmətlə yanaşmaq və ehtiyaclarını nəzərə almaqdan başlayır.
Uşağın bu gününə qayğı, gələcəyinə məsuliyyətdir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.