18 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyəti, milli həmrəyliyin və dövlətçiliyimizin möhkəmləndirilməsinin önəmi vurğulanıb.
🇦🇿 Suverenliyimiz əbədidir, Azərbaycanımız bütövdür!








