Tədbirlər Xəbərlər
Şərh yoxdu

17.06.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib.
Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə 2025/2026-cı tədris ilini uğurla başa vurmuş məzunlar, onların valideynləri, professor-müəllim heyəti, universitet rəhbərliyi və əvvəlki illərin məzunları iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri universitetin direktoru dosent Mobil Məcidov açaraq çıxış edib. O, məzunları təbrik edərək onların təhsil müddətində qazandıqları nailiyyətləri vurğuladı, həmçinin gənclərə gələcək həyatlarında uğurlar arzuladı.
Sonra bir qrup məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan ADPU-nun Ağcabədi ailəsinə, sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Bu ali təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə ediblər.

Tədbirdə çıxış edən əvvəlki illərin məzunları ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə ediblər.

Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlu nəticələrinə görə” və “Filialda keçirilən ictimai-mədəni təbirlərdə fəal iştirakına görə” fəxri diplomlar və təşəkkürnamə ilə təltif olunublar.

Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirilib və məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

 

Qrup nümayəndələri ilə görüş keçirilib

11.04.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Fakültə Elmi Şurasının sədri b/m. Xəyyam Bədəlov və Şura katibi Pərişan Yolçuzadənin iştirakı ilə qrup nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı…
11 Apr, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.