Elanlar Xəbərlər
Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və MHM Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin III və IV tədris ilində təhsil alan tələbələri ilə görüş keçiriləcəkdir.

Görüşün keçirilməsində əsas məqsəd gələcək müəllimlərin peşəkar inkişafına dəstək olmaq, müəllim hazırlığı prosesi, müəllimlərin işə qəbulu mərhələləri, imtahanlara hazırlıq strategiyaları və bu sahədə mövcud imkanlar barədə tələbələrə ətraflı məlumat verməkdir.

Eyni zamanda görüş çərçivəsində MHM Tədris Mərkəzinin fəaliyyəti, tədris proqramı və müəllim olmaq istəyən gənclər üçün təqdim etdiyi imkanlar haqqında təqdimat keçiriləcəkdir.

Görüş zamanı tələbələr öz suallarını ünvanlandırmaq, müəllim hazırlığı və karyera inkişafı ilə bağlı vacib məqamlar haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.

Tələbələrin görüşdə iştirakı tövsiyə olunur.

Məktəbəqədər Təhsildə çətin uşaqlarla iş: Effektiv və praktik yanaşmalar” mövzusunda təlim keçirilib.

08.04.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimləri Sübhanə Xudaverdiyeva və Şəbnəm Bünyadzadə tərəfindən "Məktəbəqədər təhsil" ixtisasında təhsilverən və təhsilalanlar üçün…
08 Apr, 2025
0 Comment

ADPU-nun Ağcabədi filialında Azərbaycan poeziyasının fəxri, xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

26 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ilinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.  “Ayrılarmı könül candan” mövzusunda təşkil…
26 May, 2026
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.