Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibi olmuş ADPU-nun Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fəxriyyə Cəfərlinin “Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin Hüquqi İrsi” layihəsinin açılış mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə keçirilir.

Açılış mərasimində iştirakçılara layihə rəhbəri Fəxriyyə Cəfərli layihə haqqında məlumatlar verərək layihənin əsas məqsədindən danışıb, filialın Tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov layihənin filialda keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirib.
Daha sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.