Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialının Tələbə Gənclər Təşkilatı şəhid Cəmaləddin Məmmədovun ailəsini ziyarət edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Cəmaləddin Türbəndə oğlu Məmmədovun ailəsini ziyarət ediblər.
Cəmaləddin Məmmədov 21 aprel 1988-ci ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Cəmaləddin Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu Kürdlər kəndində dəfn edilib.
Şəhidimizin vətən qarşısındakı misilsiz xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cəmaləddin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ziyarət zamanı şəhidin ailəsinə dərin ehtiram ifadə olunub, onun göstərdiyi şücaət və fədakarlıq daim qürurla xatırlandığı vurğulanıb.

ALLAH RƏHMƏT ELƏSİN! 🇦🇿

Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb, tələbələri maraqlandıran suallar ətrafında fikir…
22 Apr, 2025
0 Comment

ADPU-nun Ağcabədi filialında növbəti ildə tədris aparacaq müəllimlərin ixtisaslar üzrə aktiv dərs dinləmələri davam etməkdədir.

ADPU-nun Ağcabədi filialında növbəti ildə tədris aparacaq müəllimlərin ixtisaslar üzrə aktiv dərs dinləmələri davam etməkdədir. 08 sentyabr 2025-ci il tarixdə təşkil olunan  dinləmələr “İnglis dili müəllimliyi” və “Fizika müəllimliyi”  ixtisaslarını …
10 Sen, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.