Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Halloween tədbiri keçirilib

31.10.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Gülnar Bünyadzadənin təşkilatçılığı ilə maraqlı və əyləncəli Halloween tədbiri keçirilib.
Tədbirin əsas məqsədi tələbələrdə ingilis dilinə marağı artırmaq, onların yaradıcılıq və komanda bacarıqlarını inkişaf etdirmək, eyni zamanda fərqli mədəniyyətlər haqqında biliklərini genişləndirmək olub.
Tədbir çərçivəsində tələbələr tərəfindən “Guess the Monster” adlı interaktiv oyun, Halloween mövzusunda səhnəcik və mahnı ifası təqdim olunub. Səhnəcikdə dostluq, sədaqət və insan münasibətləri kimi mühüm dəyərlər ön plana çəkilib.
Tələbələrin böyük həvəslə hazırladıqları çıxışlar tədbirə xüsusi ruh və rəng qatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.