ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Bildiyiniz kimi bütün ixtisas qrupları üzrə ixtisas seçimi 11-19 avqust 2025-ci il tarixlərində həyata keçiriləcək. ADPU-nun Ağcabədi filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərmək məqsədilə filialda “Abituriyentə dəstək Mərkəzi” yaradılmışdır. Abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət edilməli olan məsələlər, ADPU-nun Ağcabədi filialında kadr hazırlığı həyata keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün “Abituriyentə dəstək Mərkəzi”nə müraciət edə bilərlər.
Mərkəz 11 avqustdan etibarən ADPU-nun Ağcabədi filialının tədris binasında saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcəkdir.
Əlaqə vasitələri:
adpu.agcabedi.filiali@adpu.edu.az
Əlaqə nömrəsi:
+994 50 321 66 78 Mütəxəssis Yaşar İslamov
+994 50 347 68 48 Mütəxəssis Qurban Qurbanov
UĞURLU GƏLƏCƏK, BİZİMLƏ GƏLƏCƏK!