08 may 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda pedaqoji fikir tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.Konfrans öz işinə başlamazdan öncə Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrundan canından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda pedaqoji fikrin inkişafı istiqamətində, xüsusilə elm, təhsil, mədəniyyət sahəsində gördüyü işlərdən danışarkən milli dil siyasətinə də toxundu. Qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutmuşdur.Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının, qanunauyğun bədii şüur hərəkətinin bərpası, nəticədə dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Heydər Əliyevin misilsiz xidmətlərindən biridir.Sonra söz məruzəçilərə verildi. “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov Heydər Əliyevin yeni tarixi mərhələdə qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikasının indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməsi, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsi, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atmasından fəxarət hissi ilə danışdı.“Heydər Əliyevin müstəqil Azərbaycan elminin inkişafında rolu” mövzusunda məruzə edən tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Ulu Öndərin siyasi hakimiyyəti illərində Azərbaycan təhsilinə, elmin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı.Məruzələr ətrafında çıxışlar dinlənildi.Filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Araz Əliyev, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Fəridə Mikayılova, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimləri Sevil Cəfərova və Aygün Əlizadə Azərbaycan xalqının xilaskarı, millətinin mənəvi atası olan Heydər Əliyevin ölkə həyatının bütün sahələrində apardığı uğurlu islahatlardan danışdılar. Qeyd etdilər ki, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli, düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar Ulu Öndər Heydər Əliyevin məhşur deyimini əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir və dönməzdir!
