Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda elmi-praktik konfrans keçirildi

06 aprel 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov unudulmaz liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhlarını yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Dövlət Himni səsləndirildi.

Dosent Mobil Məcidov Azərbaycan xalqının Xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki xidmətlərindən danışdı. Qeyd etdi ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində elə əzəmətli bir mövqeyə malikdir ki, bizim dünənimiz, bu günümüz və işıqlı sabahımızın hər addımında onun dəsti-xətti var. İllər ötsə, nəsillər dəyişsə belə, parlaq əməllərilə özünü xalqının mənəvi yaddaşına yazan Heydər Əliyev daim yaşayacaqdır.

Konfrans öz işini filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərovun moderatorluğu ilə davam etdirdi.

Dosent Baxış Ələsgərov Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli ömür yolu və ictimai həyatda qazandığı uğurlardan danışdı. Onun ali diplomatiya sahəsindəki fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda hüquqi-suveren dövlət yaratmaq əzmini və buna nail olmasını uzun illərin gərgin əmək fəaliyyəti nəticəsində ərsəyə gəldiyini bildirdi. Sonra söz məruzəçiyə verildi.

“Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafında rolu” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli dünya şöhrətli siyasətçi, xalqının milli-mənəvi dəyərlərinə bütün ictimai-siyasi fəaliyyəti boyunca sədaqət nümayiş etdirən Heydər Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasətdən danışdı. Qeyd etdi ki, Ulu Öndərin elmi-siyasi irsində vətən, xalq, millət sevgisi, milli adət-ənənələrə qayıdış, mənsub olduğu xalqın mənəvi dəyərlərinə hörmət hissi qabarıq şəkildə özünü göstərir. Məruzəçi onu da vurğuladı ki, Heydər Əliyev irsi milli-mənəvi dəyərləri özündə ehtiva edən milli dərslik olaraq öyrənilməli və gənc nəslə layiqincə çatdırılıb mənimsədilməlidir.

Sonra məruzə ətrafında çıxışlar dinlənildi.

Filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov,“Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d., baş müəllim Tahir Kərimli, filialın “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev, filialın “Keyfiyyətin təminatı” şöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayeva və Pedaqoji fakültənin tyutoru Pərişan Yolçuzadə çıxış edərək Ulu Öndərin ictimai-siyasi fikir tariximizdəki mövqeyi, onun Azərbaycançılıq ideologiyasına əsaslanan məqsədyönlü siyasəti və zamanın Azərbaycan xalqına bəxş etdiyi bu fenomen düşüncəli siyasi liderin öz işıqlı əməlləri ilə xalqının qəlbində əbədi yaşayacağına inam ifadə etdilər.

Sonda Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş slayd nümayiş etdirildi.

Gənc müəllimlərlə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında gənc müəllimlərlə görüş keçirilib  Görüşdə filialın direktoru dosent Mobil Məcidov yeni tədris ilinin başlaması münasibəti ilə müəllimləri təbrik edib onlara uğurlar arzulayıb.  Mobil Məcidov…
19 Noy, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.