Xəbərlər
Şərh yoxdu

Bakı, 22 oktyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbələri ilə görüşüb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, filialın direktoru Mobil Məcidov müəllim-tələbə heyəti adından nazirə təhsil ocağına gəldiyi üçün təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.

Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və arzuları ilə maraqlanıb. Tələbələr öz uğurları və fəaliyyətləri barədə danışıb, nazirə müxtəlif mövzularda suallar veriblər. Region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib. Filialın tələbə-gənclər təşkilatı ilə rayon Gənclər və İdman İdarəsi arasında əlaqələrin gücləndirilməsi, müxtəlif təşəbbüslərin birgə həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə daha çox cəlb edilməsi və vətənpərvərlik istiqamətlərində fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.