Xəbərlər
Şərh yoxdu

02.11.2022-ci il tarixdə ADPU-nun Ağcabədi filialında 8-noyabr  Zəfər günü münasibətilə ədəbi-bədii gecə keçirilib. Tədbiri giriş sözü ilə “Dillər,ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri dosent Vaqif Allahverdiyev açmışdır.

          30 illik həsrətə son qoyulmasında qələbəmizin qazanılmasında qəhrəmanlıq göstərərək vətən, torpaq və xalq yolunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.

         Tədbirə “ Aran”qəzetinin  və Aran televiziyasının nümayəndələri, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları dəvət olunmuşdur.

        ADPU-Ağcabədi filialının məzun şəhidləri  Abbasov Ağaqardaş İlham oğlunun atası və Məmmədli Namiq Ağamməd oğlunun atası çıxış edərək şəhidlik  zirvəsinə ucalmış məzunlarımızın keçdiyi şərəfli döyüş yolundan danışmış, şəhid məzunlar haqqında hazırlanmış videoçarx nümayiş etdirilmişdir. Sonra söz  Aran televiziyasının rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz  Sevindiyə  verilmişdir.

        Tədbirin gedişində tələbələrimiz  tərəfindən hazırlanmış müharibə səhnələrini əks etdirən və qələbə müjdəli kompozisiyalar nümayiş etdirilmiş, şeirlər söylənilmişdir.

Maarifləndirici görüş keçirilib

05.05.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın tələbələri…
05 May, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.