Xəbərlər

Görüşdə Gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva, Nazirliyin Gənclərlə İş Şöbəsinin müdiri Fuad Babayev, Ağcabədi rayon Gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev də iştirak edib.

Filialın direktoru Mobil Məcidov müəllim-tələbə heyəti adından naziri salamlayaraq, təhsil ocağına gəldiyi üçün təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.

Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və arzuları ilə maraqlanıb. Tələbələr öz uğurları və fəaliyyətləri barədə danışıb, nazirə müxtəlif mövzularda suallar veriblər. Region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib.

Görüşdə filialın tələbə-gənclər təşkilatı ilə rayon Gənclər və İdman İdarəsi arasında əlaqələrin gücləndirilməsi, müxtəlif təşəbbüslərin birgə həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə daha çox cəlb edilməsi və vətənpərvərlik istiqamətlərində fikir mübadiləsi aparılıb.

“Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv…
04 Mar, 2026
0 Comment

Ad gününüz mübarək, hörmətli direktorumuz! 

Ad gününüz mübarək, hörmətli direktorumuz! Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Uğurlu rəhbərliyiniz, məsuliyyətli yanaşmanız və dəyərli töhfələrinizlə təhsil müəssisəmizin inkişafına verdiyiniz böyük töhfələr üçün təşəkkür edirik. Sizə möhkəm…
11 İyl, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.