“Keyfiyyətin Təminatı” şöbəsi 01 oktyabr 2021-ci tarixdə yaradılmışdır. Şöbə filialda təhsil, tədris, professor-müəllim heyətinin elmi, tədris-metodik rəqabətliliyinin artırılması, tələbələrin sosiallaşması və respublikanın digər ali təhsil müəssisələrinə inteqrasiyası, habelə filialın mükəmməl idarəetmə sisteminin təşkili istiqamətlərində nəzarət və təhlillər həyata keçirməyi və bunun əsasında məqsədyönlü, təkmilləşdirici layihələrin hazırlaması kimi məsələlərlə məşğul olmağı öhdəsinə götürmüşdür.

 “Keyfiyyətin Təminatı” şöbəsinin missiyası keyfiyyətin artırılması və ən yüksək keyfiyyətli tədris, tədris planları, tədqiqat və idarəetmə işlərinin aparılması, habelə buna nail olmaq üçün ən yüksək keyfiyyətli sistem və prosedurların təmin edilməsi kimi fəaliyyətlərin həyata keçirilməsidir.

“Keyfiyyət Təminatı” şöbəsinin əsas vəzifəsi müəssisənin bütün səviyyələrində keyfiyyət zəmanətinə inzibati və əsaslı dəstək vermək, institusional və müəllim heyətinin akkreditasiya proseslərini və məzmununu dəstəkləməkdir.

“Keyfiyyətin Təminatı” şöbəsi yarandığı gündən bu günə kimi 2 dəfə professor-müəllim heyətinin fəaliyyətini 85 meyar üzrə müəyyən ballarla qiymətləndirmişdir. Bundan əlavə filialın institusional qiymətləndirilməsi prosesində yaxından iştirak etmiş, təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə müvafiq təlim-treninqlər həyata keçirmişdir.

Mütəmadi olaraq müəllimlərin tədris fəaliyyətinin keyfiyyətinə dair tələbə-məmnunluq sorğusu və filial əməkdaşlarının müəssisədən məmnunluq sorğusu keçirilir, nəticələr filial Elmi Şurasında təhlil olunaraq müvafiq qərarlar qəbul edilir.

Şöbədə 3 əməkdaş fəaliyyət göstərir.

Keyfiyyətin təminatı şöbəsi