İnsan resursları və kargüzarlıq şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının struktur bölməsi olaraq təhsil qanunvericiliyinin tələblərinə uyğun, filialın fəaliyyət növünü, strateqiyasını və məqsədlərini nəzərə alaraq tələb olunan peşə və ixtisasa malik olan kadrlarla filialın təminatını təşkil edir, filialda kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkili və həyata keçirilməsini təmin edir. Şöbə, əməkdaşlarla bağlı müvafiq əmrlər (işə qəbul, yerdəyişmə, işdən azad edilmə, ezamiyyət, məzuniyyət, mükafat, intizam tənbehi, struktur və fəaliyyətlə bağlı digər əmrlər) hazırılanması işlərini yerinə yetirir.
ADPU-nun Ağcabədi filialında təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün müəllimlərin işə qəbulu və professor-müəllim heyətinin seçimi “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları”na əsasən müsabiqə yolu ilə həyata keçirilir və müəllimlər müvafiq olaraq 5 illik və 1 illik müqavilə yolu ilə işləyirlər. Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları araşdırılır, şöbələrdə və ya kafedralarda vakant olan yerlər elan verilir, işə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsi təmin edilir, qəbul prosesinə dair sənədləşmələr aparılır. Qanunvericiliyə müvafiq olaraq əmək müqaviləsi daxil olmaqla, işə qəbul olunma haqda əmrlərin rəsmiləşdirilməsi və işçilərin müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsi təmin edilir. Şöbəyə daxil olan işə qəbul, başqa vəzifəyə keçirilmə, azad olunma və əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan ərizə və şikayətlərə baxılması və qoyulan məsələlər vəzifə səlahiyyətləri çərçivəsində həll edilir. Filialının strateji məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə filialda çalışan hər bir kəsdən dürüstlük, keyfiyyət, bilik, insanpərvərlik, davamlı inkişaf tələb olunur. Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması təmin edilir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmr və sərəncamlarını, ADPU-nun Ağcabədi filialının Əsasnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları rəhbər tutur.
Şöbədə 5 əməkdaş fəaliyyət göstərir.
İnsan resursları və kargüzarlıq şöbəsi əsas korpusda 215-ci otaqda yerləşir