“Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının yaranma tarixi 1969-cu ilə gedib çıxır. Müxtəlif vaxtlarda kafedranın adı “Azərbaycan dilçiliyi və ədəbiyyatı”, “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası”, “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” adlanmışdır. Kafedranın ilk müdiri prof. N.Axundov olmuşdur. Sonralar kafedraya prof. K.Quliyev, dos. Y.Əliyev, dos. S.Məmmədov, dos. M.Fərzəliyeva, b/m. Ə.Əliyev və dos. V.Allahverdiyev rəhbərlik etmişlər. Hazırda kafedraya dosent Allahverdiyev Vaqif Saleh oğlu rəhbərlik edir. Kafedrada əsasən azərbaycan dili, ədəbiyyat və xarici dil fənləri tədris olunur. Fənlərin tədrisi 16 müəllim tərəfindən həyata keçirilir ki, onlardan 3-ü fəlsəfə doktoru, dosent, 1-i fəlsəfə doktoru, baş müəllim, 8-i baş müəllim, 4-ü müəllimdir.
Kafedrada tədris olunan fənlər:
1. | Ədəbiyyatşünaslığa giriş |
2. | Azərbaycan ədəbiyyatı tarixi |
3. | Azərbaycan dili |
4. | Müasir Azərbaycan dili |
5. | Şifahi xalq ədəbiyyatı |
6. | Dilçiliyə giriş |
7. | Dünya ədəbiyyatı |
8. | Ədəbiyyatın tədrisi metodikası |
9. | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya |
10. | İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası |
11. | Azərbaycan dilinin tədrisi metodikası |
12. | Ana dilinin tədrisi metodikası |
13. | İfadəli oxu |
14. | Uşaq ədəbiyyatı |
15. | Əski Azərbaycan yazısı |
16. | Ədəbi tənqid tarixi |
17. | Nitq inkişafı metodikası |
18. | Nitq mədəniyyəti |
19. | İbtidai siniflərdə Azərbaycan dilinin tədrisində yeni təlim texnologiyalarından istifadə |
20. | Müasir Azərbaycan ədəbiyyatı |
21. | Ən yeni Azərbaycan ədəbiyyatı |
22. | Orfoqrafiya və orfoepiya təlimlərinin əsasları |
23. | Oxu təliminin metodikası |
24. | Ədəbi dil tarixi |
25. | Bədii mətnin interperetasiyası |
26. | Türk dillərinin müqayisəsi |
27. | Türk dillərinin müqayisəli qrammatikası |
28. | Ədəbiyyat nəzəriyyəsi |
29. | İngilis dili bacarıqları |
30. | Xarici dildə işgüzar və akademik kommunikasiya |
31. | İngilis dilinin kommunikativ qrammatikası |
32. | İngilis dilinin kommunikativ fonetikası |
33. | Müasir ingilis dili |
34. | Dinləmə və tələffüz |
35. | Mətbuat dili |
Kafedrada 3 istiqamət üzrə, 9 mövzuda 48 elmi-tədqiqat işi yerinə yetirilir. Eyni zamanda kafedra tərəfindən dərslik, dərs vəsaiti, monaqrafiyalar da hazırlanaraq tələbələrin və geniş oxucu kütləsinin istifadəsinə verilir. Kafedra əməkdaşları mütəmadi olaraq konfranslarda elmi məruzələrlə çıxış edir, dövri jurnallarda məqalələr çap etdirirlər. Son üç ildə kafedra əməkdaşları tərəfindən 2 dərs vəsaiti, 2 monoqrafiya, 2 metodik vəsait hazırlanmış, 61 məqalə (19-u xaricdə), 14 tezis (3-ü xaricdə) çap etdirilmişdir.
Dərslik, dərs vəsaiti, metodik vəsait və monoqrafiyalar:
- S.Məmmədov. Yuxarı siniflərdə Azərbaycan poeziyası nümunələri əsasında nəzm haqqında biliklərin verilməsi sistemi. Dərs vəsaiti, Bakı, ADPU, 2000, 140 s.
- M.Fərzəliyeva. M.Ə.Rəsulzadə və Ana dilimiz. Dərs vəsaiti, Bakı, Təhsil nəşriyyatı, 2003, 72 s.
- S.Məmmədov. Abdulla bəy Asinin” həyat və yaradıcılıq yolu. Dərs vəsaiti, Bakı, ADPU, 2004, 80 s.
- M.Fərzəliyeva. Azərbaycan nəsri Antologiyası. IV cild, Monoqrafiya, Bakı, Şərq-Qərb nəşriyyatı, 2006, 312 s.
- M.Fərzəliyeva. Azərbaycan dili təlimində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi imkanları. Metodik vəsait, Bakı, Müəllim nəşriyyatı, 2008, 54 s.
- ü.f.d., b/m Ə.Əliyev. Laçın – Qədim Oğuz yurdu. Monoqrafiya, Bakı, “Avropa” nəşriyyatı, 2009, 112 s.
- V.Allhaverdiyev. Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi. Monoqrafiya, “Yazıçı” nəşriyyatı, 2011, 127 s.
- V.Allhaverdiyev. Bəxtiyar Vahabzadə irsinin öyrədilməsi. Sumqayıt, “Zərdabi nəşriyyatı-poliqrafiya” MMC, 2015, 80 s.
- ü.f.d., b/m Ə.Əliyev, b/m. T.Əliyeva. Kitabi-Dədə Qorqud dastanının dili. Bakı, ADPU, 2016, 19 s.
- ü.f.d., b/m Ə.Əliyev. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab. Monoqrafiya. Bakı, ADPU, 2016, 151 s.
- S.Məmmədov. Psixologiya. Dərs vəsaiti, Bakı, ADPU, 2017, 460 s.
- ü.f.d., b/m Ə.Əliyev. Laçın rayonuna aid adət-ənənələr, toponimlər və şivə sözləri. Metodik vəsait, Bakı, ADPU, 2017, 117 s.
- ü.f.d., b/m Ə.Əliyev. Azərbaycanın ulu keçmişi. Dərs vəsaiti, Bakı, ADPU, 2017, 237 s.
- ü.f.d., b/m Ə.Əliyev. Şölə saçan incilər. Monoqrafiya, Bakı, ADPU, 2018, 208 s.
- ü.f.d., b/m Ə.Əliyev. El şairi Sarı aşıq. Monoqrafiya, Bakı, ADPU, 2020, 188 s.
- V.Allhaverdiyev. Ədəbi düşəncələr və ömürdən yarpaqlar. Monoqrafiya, Bakı, “Təknur” nəşriyyatı, 2021, 140 s.
- S.Məmmədov. Türk və şərq xalqları ədəbiyyatı. Dərs vəsaiti, Bakı, “OPTİMİST” MMC, 2022, 474 s.
- S.Məmmədov. Dünya ədəbiyyatı-1. Dərs vəsaiti, Bakı, “OPTİMİST” MMC, 2022, 398 s.
Kafedranın təşkil etdiyi tədbirlər:
- “Mirzə Ələkbər Sabirin 160 illiyi” münasibətilə yubiley tədbiri. May 2022
- “Mirzə Fətəli Axundzadənin 210 illiyi” münasibətilə yubiley tədbiri. Dekabr 2022
- “Əhməd Cavadın 130 illik yubileyi münasibətilə” Ədəbi-bədii gecə. Noyabr 2022
- “Zəfər günü” münasibətilə tədbir. Noyabr 2022
- “Heydər Əliyevin və Azərbaycan elminin inkişafı” mövzusuda dəyirmi masa. Aprel 2023
- Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İnşa müsabiqəsi. Aprel 2023
Əlaqə:
Ünvan: ADPU-nun Ağcabədi filialının tədris binası, otaq 206
E-mail: vaqif.allahverdiyev2021@gmail.com
Tel: 050 6645848