“Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının yaranma tarixi 1969-cu ilə gedib çıxır. Müxtəlif vaxtlarda kafedranın adı “Ümumi Riyaziyyat”, “Riyaziyyat, informatika və onların tədrisi metodikası” adlanmışdır. Kafedranın ilk müdiri dosent Nəriman Məmmədov olmuşdur. Sonralar kafedraya professor Həmdulla Aslanov, dosent Cəfər Zeynalov, dosent Seymur Süleymanov, dosent Əliqulu Hümmətov və dosent Şükür Abbasov rəhbərlik etmişlər. Hazırda kafedraya dosent Zeynalov Sahib Adıgözəl oğlu rəhbərlik edir. Kafedrada əsasən riyaziyyat, fizika və informatika fənləri tədris olunur. Fənlərin tədrisi 15 müəllim tərəfindən həyata keçirilir ki, onlardan 3-ü fəlsəfə doktoru, dosent, 4-ü baş müəllim, 8-i müəllimdir.
Kafedrada tədris olunan fənlər:
1. | Riyazi fizika tənlikləri |
2. | Riyazi analiz |
3. | Cəbr |
4. | Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası |
5. | İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası |
6. | Funksional analiz |
7. | Diferensial həndəsə |
8. | Diferensial həndəsə və topologiya |
9. | Diskret riyaziyyat və məntiq elementləri |
10. | Tip məsələlər və onların həlli yolları |
11. | Məntiqi təfəkkürü inkişaf etdirən məsələlər və onların həlli yolları |
12. | Variasiya hesabı və optimallaşdırma üsulları |
13. | Triqonometrik çevirmələr, tənliklər və bərabərsizliklər |
14. | Adi diferensial tənliklər |
15. | Hesablama riyaziyyatı |
16. | Riyaziyyatın tədrisi metodikası |
17. | Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi |
18. | Həndəsənin əsasları |
19. | Orta məktəbdə ədədi sistemlərin əsasları |
20. | Analitik həndəsə |
21. | Elementar riyaziyyat |
22. | Klassik mexanika |
23. | Mexanika |
24. | Ümumi fizika |
25. | Elektrik və maqnetizm |
26. | Optika |
27. | Molekulyar fizika |
28. | Məktəb fizika kursunda test tapşırıqlarının həlli metodikası |
29. | Fiziki elektronika |
30. | İnformatikanın tədrisi metodikası |
31. | Təhsildə İKT |
32. | Süni intellekt üsulları və ekspert sistemləri |
33. | Proqramlaşdırma dilləri |
34. | İnformatikanın nəzəri əsasları |
35. | Müasir proqramlaşdırmanın əsasları, EXCEL, VBA |
36. | Kompüterin aparat və proqram təminatı |
37. | Kompüter şəbəkələri və multimediya texnologiyaları |
38. | İnformatika və təhsildə İKT |
39. | STEAM |
40. | Alqoritmlər nəzəriyyəsi |
41. | Proqramlaşdırma dilləri |
42. | Kompüter modelləşdirilməsi |
Kafedrada 1 istiqamət üzrə, 9 mövzuda 39 elmi-tədqiqat işi yerinə yetirilir. Eyni zamanda kafedra tərəfindən dərslik, dərs vəsaiti, monaqrafiyalar da hazırlanaraq tələbələrin və geniş oxucu kütləsinin istifadəsinə verilir. Kafedra əməkdaşları mütəmadi olaraq konfranslarda elmi məruzələrlə çıxış edir, dövri jurnallarda məqalələr çap etdirirlər. 2020-2022-ci illərdə kafedra əməkdaşları tərəfindən 3 dərs vəsaiti, 3 proqram və metodik vəsait hazırlanmış, 24 məqalə (4-ü xaricdə), 13 tezis çap etdirilmişdir.
Dərslik, dərs vəsaiti və monoqrafiyalar:
- Ə.M.Hümmətov. Ümumi fizika kursu. Mexanika və molekulyar fizika (metodik göstəriş). Bakı, ADPU, 1987, Ağcabədi, 2022, 53 s.
- Ə.M.Hümmətov. Mexanika və molekulyar fizika (dərs vəsaiti). Bakı, Azərnəşr, 2003, 597 s.
- S.E.Süleymanov. Смешанная задача для волнового уравнения и уравнения Соболева в цилиндрической области (monoqrafiya). Bakı, Elm, 2009, 140 s.
- S.E.Süleymanov, dos. C.H.Süleymanov, dos. V.Y.Məstəliyev. Riyazi analiz kursuna giriş (dərs vəsaiti). Bakı, Elm, 2010, 206 s.
- Ç.İ.Əbilov, dos. S.A.Zeynalov, R.M.Cabbarov, Ş.A.Vəliyeva. Технология материалов и элементов электроной tехники. Mетодическое пособие для выполнения лабораборных работ (metodik vəsait). Bakı, ADPU, 2011, 68 s.
- Ə.Eyvazov, dos. S.A.Zeynalov, V.İ.Hüseynov. Bərk cisimlər fizikasından səciyyəvi testlər (dərs vəsaiti). Bakı, NPM, 2016, 192 s.
- Ş.Orucov, F.Y.İsmayılov. Dağlarda qalan izlər (bədii-publisistik əsər). Bakı, Elm və təhsil, 2016, 326 s.
- Ə.Ə.Həziyev. Riyaziyyatdan düşündürücü və əyləncəli çalışmalar Bakı, ADPU, 2018, 101 s.
- C.Zeynalova, R.Z.Hümbətəliyev, M.M.Hüseynova, X.N.Rzayeva, S.A.Kərimova, S.X.Cəlilova. Proqramlaşdırma dilləri-2 (dərs vəsaiti). Bakı, Elm və təhsil, 2019, 99 s.
- C.Zeynalova, R.Z.Hümbətəliyev, L.Ç.Nəsirova, S.C.Zeynalova, K.Ç.İsmayılov, A.R.Nəsirova. Riyazi məsələlərin həllində proqramlaşdırmanın tətbiqi metodikası (Python proqramlaşdırma dilində) (dərs vəsaiti). Bakı, Elm və təhsil, 2019, 176 s.
- A.Zeynalov. Riyazi fizika tənlikləri (dərs vəsaiti). Bakı, ADPU, 2019, 262 s.
- Ş.Orucov. Yurd həsrəti (bədii-publisistik əsər). Ağcabədi, 2019, 421 s.
- S.A.Zeynalov, S.E.Süleymanov, E.V.Əsgərzadə. Riyaziyyat (dərs vəsaiti). Bakı, ADPU, 2020, 274 s.
- S.A.Zeynalov, E.B.Əlizadə, E.V.Əsgərzadə. Elementar riyaziyyat-1 (dərs vəsaiti). Bakı, ADPU, 2021, 343 s.
- B.Əlizadə, F.N.Əliyev, Y.N.Əliyeva, F.A.Şahsuvarlı, Y.İ.Zeynalov, X.X.Vəliyev, N.N. Əliyeva, E.Ş.Əliyeva, Q.Ə.Əliyev. Ten-KEN Olimpiada Sualları (dərs vəsaiti). Bakı, SkyhE, 2022, 240 s.
Kafedranın təşkil etdiyi tədbirlər:
- “Beynəlxalq riyaziyyatçılar günü”nə ( günü) həsr olunmuş yarış. Mart, 2021.
- “Riyaziyyatın elmi əsaslarla tədrisinə dair” dərnək. Oktyabr-noyabr 2022.
- “Rəqəmsal bacarıqlara doğru” təlim- treninqi. Noyabr 2022.
- “Gənc konstruktor” dərnəyi. Noyabr 2022.
- “Riyaziyyatın elmi əsaslarla tədrisinə dair” dərnək. Fevral-mart 2022.
- “Gənc konstruktor” dərnəyi. Mart 2023.
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ixtisas olimpiadası. Aprel 2023.
Əlaqə:
Ünvan: ADPU-nun Ağcabədi filialının tədris binası, otaq 210
E-mail: sahib.zeynalov.64@list.ru
Tel: 050 3562811