Filialda tədris prosesi ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur. Yüksək ixtisaslı pedaqoji kadrları hazırlamaq məqsədilə filialda tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ali təhsilin bakalavriat səviyyəsi üzrə qüvvədə olan qanun, qərar və əsasnamələrinə, habelə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nizamnaməsinə və filialın əsasnaməsinin tələbinə uyğun təşkil edilir.

Yeni keyfiyyətli və yüksək ixtisaslı kadrlar hazırlamaq üçün filialda zəruri şərait, geniş maddi-texniki baza, yüksək intellektual potensiala malik professor-müəllim heyəti mövcuddur. Kafedralar yüksək səviyyədə tədris aparmaqla bərabər,  metodik işlərin yüksək səviyyədə icrasını, ixtisas profili üzrə elmi-tədqiqatların aparılmasını da həyata keçirir.

Tədris ili iki semestrdən: payız və yaz semestrlərindən ibarətdir. Bundan əla­və, yay tətili müd­dətində altı həftədən çox olmayaraq yay semestri də təşkil olu­na bi­lər. Təd­ris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan ses­­­si­ya­sı) ibarətdir. Bir semestrə 30 kre­dit müəyyənləşdirilir. Tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hal­lar­da bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tə­lə­bənin beş günlük iş rejimində həftəlik auditoriya və au­di­toriyadankənar ümumi yükünün həcmi 45 sa­­atdır.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kre­dit­lər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərs­lə­­rində iştirak etməsi; auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəh­bər­li­­yi ilə sərbəst işi); laboratoriya işlərini yerinə ye­ti­r­mə­­­si; təcrübədə iştirak etməsi, imtahanlara ha­zır­lığı və imtahanları verməsi; pedaqoji internaturada iştirak etməsi və hesabatı müdafiə etməsi; bu­ra­xılış döv­lət imtahanına hazırlığı və həmin imtahanı ver­mə­si kimi fəaliyyəti üzrə mü­əy­yənləşdirilir.

Tədris prosesi auditoriya və auditoriyadankənar şəkildə təşkil olunur. Sərbəst iş­lərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan aka­­­­demik saatlara müvafiq olaraq müəyyənləş­di­ri­lir. Mü­əl­li­min rəh­bər­liyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb mə­sələlərin həl­­lindən, ev tapşırıqlarının, yoxlama iş­lə­ri­nin yerinə ye­ti­ril­mə­sin­dən, hesabatların ha­­­zırlanmasından ibarət olub, xüsusi tərtib edil­miş cədvəllə dərsdən kənar vaxtda qəbul edilir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak et­mə­yən tələbə həmin fəndən imtahana buraxılmır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na  əsasən akademik borcu olan tələbələr, həmin fənn üçün nəzərdə tutulan məbləğin 25%-ni ödəməklə təkrar imtahan (2 fəndən çox olmamaqla) verirlər.

Tədrisin təşkili